RU

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar öz işinə başlayıb (FOTO)

Bakı. Trend:

2024-cü il 2 dekabr tarixində Bakı şəhərində AzərbaycanRespublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya ƏqliMülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə keçirilən“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət”mövzusunda regional seminar öz işinə başlayıb.

Trendxəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumatyayıb.

Bildirilib ki, tədbirin əvvəlində media nümayəndələri üçünbrifinq keçirilib.

Brifinqdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədriKamran İmanov və ÜƏMT-nın department direktorunun müavini DimiterQançev seminarın əhəmiyyəti və müzakirə olunacaq mövzu barədəətraflı məlumat veriblər.

Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsindəəməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatıtəmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan,Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.

Beynəlxalq tədbirə ölkəmizin nazirliklərinin, komitələrinin vədövlət agentliklərinin səlahiyyətli nümayəndələri, Milli Məclisinüzvləri, ali məktəb rəhbərləri, ictimai təşkilatların əməkdaşlarıqatılıblar.

Regional seminarı giriş sözü ilə açan Əqli MülkiyyətAgentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tədbiriştirakçılarını salamlayıb, iki gün davam edəcək tədbirdə ÜƏMT-nınpeşəkar mütəxəssislərinin kreativ iqtisadiyyatın müxtəlifistiqamətlərinə dair maraqlı məruzələrinin dinləniləcəyini, əqlimülkiyyətin, o cümlədən müəllif hüquqlarının kreativ iqtisadiyyatıninkişafında payı barədə fikir mübadiləsi aparılacağını, seminariştirakçılarının bu sahədə Azərbaycanın təcrübəsi barədə dolğunməlumat əldə edə biləcəyini bildirib.

K.İmanov ÜƏMT-nin yeni hazırlanan Kreativ İqtisadiyyatın DataModelinin (CEDM) empirik dataların toplanmasında kreativiqtisadiyyatın dəyərlənməsində çoxşahəli ölçü aləti rolunuoynadığını və geniş faktorların nəzərə almasına imkan yaratdığınıqeyd edib. Burada kreativ (yaradıcı) məhsul istehsalatı olantəsisatlar (yəni hüquqi və institusional mühit, şəbəkə strukturlarıvə sosial dəyərlər), kreativ istehsalını tələb edən resurslar (yənibiliklər, istedad, maliyyə və s.) kreativ sektorun iqtisadiyyatatəsirini göstərən kreativ (yaradıcı) nəticələrdir. Bu cür yanaşmayenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial vəmədəni aspektlərini də nəzərə alır və bu modeldə ƏM-in rolu,xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir.O, bir mütəxəssis kimi bu yanaşmanın vizuallaşmasını, açıqlanmasınıdəstəkləyərək onun köklərinin əqli mülkiyyətin yenidən dərkedilməsindən irəli gəldiyini, daha sistemli yanaşmanın təzahürüolduğunu qeyd edib, əqli mülkiyyət fenomeninin hüquqi, iqtisadi vəsosio-mədəni aspektlərinin birgə təhlilinin tərəfdarı olduğunubildirib.

K.İmanov Azərbaycanın əqli mülkiyyət sistemi barədə də ətraflıməlumat verib. Vurğulanıb ki, patent sahəsində ixtiraçıların vəsahibkarlıq subyektlərinin yaradıcılıq fəaliyyətinin dəstəklənməsiməqsədilə sənaye mülkiyyəti obyektlərininqeydiyyatı üçün iddiasənədlərinin qəbulu Əqli Mülkiyyət Agentliyində yaradılan“Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmliinformasiya sistemi vasitəsilə həyata keçirilir. PƏNAH rəqəmlisistemi 24/7 rejimində fəaliyyət göstərir və qeydiyyatın istənilənyerdən və istənilən vaxt təşkilidir.

Şəffaflığın və məlumatlara əlçatanlığın təmin olunması sahəsindənövbəti addım olaraq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri –ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları vəcoğrafi göstəricilərə dair “Açıq reyestrlər” yaradılmışdır. Hər kəs“açıq reyestrlər”ə maneəsiz və ödəniş etmədən daxil ola, o cümlədənpatent almaq istəyən və ya əmtəə nişanını qeydiyyatdan keçirməkistəyən şəxs patentlər və əmtəə nişanları barədə məlumatları əldəedə bilər. Yeni infrastruktur layihələri sırasında yaradılmış“Çağrı Mərkəzi”nə orta hesabla il ərzində 24 mindən çox müraciətdaxil olur.

Tədbirin açılış hissəsində çıxış edən ÜƏMT-nın departmentdirektorunun müavini Dimiter Qançev 20 ildən çox müddətdir ki,təmsil etdiyi təşkilatın yaradıcılıq məhsullarının dəyərininverilməsi üçün model işləyib hazırladığını bildirib. O, bu modelitətbiq edən ilk ölkələr sırasına Azərbaycanın da daxil olduğunuvurğulayıb. Artıq yeni model hazırlanıb və bu model kreativsənayeni dəstəkləyən ekosistemi ölçür. Bu modelin Azərbaycanda datətbiq ediləcəyini söyləyən D.Qançev son illər Azərbaycanla çoxgözəl əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli MəclisinAilə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova,Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu,millət vəkili Hikmət Babaoğlu, AZPROMO-nun icraçı direktoru YusifAbdullayev regional seminarın mövzusunun aktuallığını qeyd ediblər,tədbirin işinə uğurlar arzulayıblar.

Qeyd edək ki, iki gün davam edəcək regional seminarda ÜƏMT-nınmütəxəssisləri tərəfindən kreativ iqtisadiyyatın aktualməsələlərinə dair təqdimatlar ediləcək, mövzu ətrafında müzakirələrtəşkil olunacaq.

“Kreativ
“Kreativ
Избранный
35
1
az.trend.az

2Источники