RU

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Meksika Mətbəxi Günü” təşkil olunub

Bakı. Trend:

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Meksika MətbəxiGünü” təşkil olunub. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakısəfiri Mariya Viktoriya Romero Kabalyero da tədbirdə iştirakedib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru NigarMəmmədova qonaqları Azərbaycan və Meksika incəsənətinə məxsus əlişlərinin yer aldığı sərgi ilə tanış edib.

Qonaqlar Mərkəzdə təlim alan sosial cəhətdən həssas əhaliqruplarına aid şəxslərin müxtəlif üslublarda hazırladığı bədiioyma, təsviri incəsənət, keramika, floristika, xalçaçılıq, toxumavə tikmə nümunələrinə baxıblar.

M.V.R.Kabalyero xalqlarımız və mədəniyyətlərimiz arasındakıoxşar xüsusiyyətlər, habelə benefisiarların Meksika mədəniyyətinitanımaq istəyi ilə bağlı xoş təəssüratlarını bölüşüb.

Sonra xanım səfir Mərkəzin 15 benefisiarının iştirakı iləmaster-klassda iştirak edib. Mərkəzin Kulinariya istiqaməti üzrətəlimçiləri-Azərbaycan Kulinarlar Gildiyasının rəhbəri İlkinƏkbərzadə və Azərbaycan Peşəkar Qənnadçılar Assosiasiyasınınrəhbəri Eynur Nağdəliyev benefisiarlara Meksika mətbəxindənkesadilyanın hazırlanmasında köməklik göstərib.

Qonaqlara Mərkəzin təlimçiləri və benefisiarlarının ifasındaMeksika folklorundan nümunələr, sevilən dünya hitlərindən ibarətmusiqi nömrələri təqdim olunub.

DOST
DOST
DOST
DOST
DOST
DOST
DOST
DOST
Избранный
264
6
az.trend.az

7Источники