RU

Yüksək Liqa: Favoritlərdən asan qələbələr

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün ilk qarşılaşması “Murov” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş “Murov”un üstünlüyü ilə keçib. Eldar Yusubovun yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.

Ardınca meydançaya “Abşeron” və UNEC klubları çıxıblar. Bu qarşılaşmada da qalib üç setdə müəyyən olunub. Rəqibini quru hesabla üstələyən “Abşeron” çempionatdakı ikinci matçında da meydandan qalib ayrılıb.

Turun daha bir qarşılaşması isə Gəncə şəhərində baş tutub. Gəncə Olimpiya İdman Kompleksində təşkil edilən oyunda “Gəncə” komandasının qonağı son ölkə çempionu “Azərreyl” olub. Günün iki matçında olduğu kimi, yenə 3:0 hesabı qeydə alınıb. Qonaqlar hər üç setdə üstün oyun göstərərək matçın qalibi olublar.

Beləliklə, iki turdan sonra “Murov” komandası 6 xalla turnir cədvəlinə liderlik edir. Xalları 6 olsa da, set fərqinə görə liderdən geri qalan “Abşeron” ikinci pillədə qərarlaşıb. “Azərreyl” və “Milli Aviasiya Akademiyası” komandaları isə hərəyə 3 xalla üçüncü və dördüncü yerləri tuturlar. Xalı olmayan “Gəncə” və UNEC isə son pillələri bölüşürlər.

Yüksək Liqa
2-ci tur
25 noyabr

“Murov” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:20, 25:16, 25:17)
“Gəncə” – “Azərreyl” 0:3 (13:25, 12:25, 20:25)
“Abşeron” – UNEC 3:0 (25:15, 25:10, 25:13)

Избранный
633
4
arena.az

10Источники