RU

Nalbandyanın başı dərddə: keçmiş sevgilisinin yataq otağında…

Sabiq tennisçi David Nalbandyan sevgilisindən ayrıldıqdan sonra onu gizli şəkildə lentə almaqda ittiham olunur.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

2022-ci ilin sentyabrından 2023-cü ilin iyun ayına qədər Araseli ilə münasibətdə olan argentinalı onu izləməyə davam etmək üçün Palermoda paylaşdığı mənzilinə kamera quraşdırdığı iddia edilir. Araselinin qardaşı mənzilə baş çəkərkən, yataq otağında kameranı tapıb.

Qadın dərhal Nalbandyandan polisə şikayət edib. Lakin dəlil çatışmazlığı səbəbindən ittihamlar götürülüb. Bununla belə, Araseli və vəkilləri Nalbandyanın guya onu quraşdırdığını etiraf etdiyi səs yazılarını və mesajları sübut kimi təqdim ediblər.

Argentinanın “La Nacion” qəzeti iddia edir ki, səsli mesajda keçmiş tennis ulduzunun “Dürüst olmağımı istəyirsən? Bəli, kameranı quraşdırdım. Amma internetdə problem olduğu üçün heç nə görmədim”.

Избранный
580
15
publika.az

10Источники