RU

Ankara Sankt-Peterburqa nümayəndə heyəti göndərir: "Belə bir fikir var ki..."

Türkiyə nümayəndə heyəti qaz qovşağının yol xəritəsini müzakirə etmək üçün dekabrın birinci yarısında Sankt-Peterburqa səfər etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti Ankaradakı mənbəyə istinadla məlumat yayıb.

"Bəli, həqiqətən belə bir fikir var. Biz bu niyyətimizi rusiyalı həmkarlarımızla danışıqlarda ifadə etmişik", - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, hazırda təsdiqləmə işləri aparılır.

"İlkin olaraq bu, dekabrın birinci yarısı olacaq", - mənbə qeyd edib.

Noyabrın 25-də Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, Moskva və Ankara Türkiyə ərazisində qaz qovşağının yaradılması ilə bağlı yol xəritəsi üzrə yaxın vaxtlarda razılığa gələ bilərlər .

Избранный
238
3
publika.az

6Источники