RU

Yeni ildə bizi nə gözləyir? – Müharibə, devalvasiya, yoxsa?..

2025-ci ilin gəlməsinə saylı günlər qalır. İnsanları daha çox siyasi, hərbi, iqtisadi sahədə baş verə biləcək hadisələr maraqlandırır. Yeni ildə bizi nə gözləyir? Müharibə, devalvasiya, yoxsa sabitlik, sülh?

Paytaxt.org bildirir ki,  iqtisadçı Elçin Qurbanov 2025-ci ildə devalvasiyanın gözlənilmədiyini deyib.

O, hökumətin lazımi addımlar atdığını vurğulayıb:

elcin

Elçin Qurbanov

“Dünya bazarında Azərbaycan neftinin bareli üç gündür ki, bahalaşır. Belə ki, 0,83 faiz bahalaşaraq 76,54 ABŞ dollar təşkil edib. Devalvasiyanın olması üçün partlayış doğuran hadisə baş verməyib. Hazırda hökumət devalvasiyanın qarşısını ala biləcək ehtiyatlara və vasitələrə malikdir”.

Məsələnin siyasi tərəfini şərh edən siyasi şərhçi Yusif Bağırzadənin sözlərinə görə, 2025-ci ilin ilk siyasi hadisəsi sözsüz ki, bələdiyyə seçkiləri olacaq:

“Bu il ilk dəfə olaraq bələdiyyə seçkiləri 685 bələdiyyə vahidində keçiriləcək. Məlumdur ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklər edildi və kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə bələdiyyələrin sayı azaldıldı. Bu məqam təbii ki, bələdiyyələrin işinə öz təsirini göstərəcək, problemlərin daha tez həlli üçün real imkanlar verəcək. Dünyada cərəyan edən siyasi proseslərin dolayısı ilə Azərbaycana da təsirlərini nəzərə alaraq demək olar ki, ABŞ-da Donald Trampın andiçməsindən sonra Ağ evin Cənubi Qafqaz siyasətində baş verə biləcək yanaşma da Azərbaycan-ABŞ münasibətlərində müsbət istiqamətdə dəyişikliklərə səbəb ola bilər”.

yusif

Yusif Bağırzadə

Y.Bağırzadə deyib ki, Türkiyənin sabiq XİN rəhbəri və ölkənin BMT yanında keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlunun ATƏT-in yeni Baş katibi seçilməsi də 2025-ci ildə ATƏT və Azərbaycan arasında mövcud olan gərginliyin aradan qaldırılması üçün yeni imkanlar açır:


Избранный
56
4
paytaxt.org

5Источники