RU

"Elfsborq" hesabı açdı - Yenilənir

style='margin-bottom:10px;'>

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 6-cı tur oyununa çıxıb. Bu, sözügedən yarışda 2024-cü ilin son oyunudur.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə İsveç "Elfsborq"u ilə qarşılaşır. "Boras Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb. Oyunu Portuqaliyadan olan hakimlər idarə edir.

"Qarabağ" və "Elfsborq" tarixlərində ilk dəfə üz-üzə gəlirlər. Qurban Qurbanovun komandası üçün Oskar Hilyemarkın kollektivini məğlub etmək pley-off şansını qorumaq baxımından olduqca vacibdir. 

Hazırda turnir cədvəlində "Elfsborq" 4 xalla 28-ci, "Qarabağ" isə 3 xalla 32-cidir. 

Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur

00:00. "Elfsborq" (İsveç) - "Qarabağ" (Azərbaycan) - 1:0 (İkinci hissə)

Qol: Ahmed Qasem, 59

Hakimlər: Antoniu Nobre, Pedro Ribeyru, Nelson Pereyra, Bruno Miqel Karmo Vyeyra

"Boras Arena"

Избранный
82
9
teleqraf.com

10Источники