Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
İctimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri, eləcə də mövcud yaşıllıqların landşaft elementi kimi qorunması məsələləri müzakirə olunub, ictimaiyyət üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib və yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.
Vətən Naminə Mətbuat Xidməti

