RU

Çin rəsmisi: “Tayvanın müstəqilliyi müharibə deməkdir”

“Çin Tayvanla sülh yolu ilə birləşmək üçün geniş imkanlar yaratmağa hazırdır, lakin Tayvanın müstəqilliyinə yönəlmiş separatçı fəaliyyətlərə dözməyəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin sözçüsü Çen Binhua bəyanat verib.

O xüsusi olaraq vurğulayıb ki, “Tayvanın müstəqilliyi müharibə deməkdir”.

Rəsminin sözlərinə görə, “Pekin Tayvanın müstəqilliyini təşviq edən istənilər qüvvələrə səbir nümayiş etdirməyəcək”.

Qeyd edək ki, 2024-cü ilin yanvarında Tayvanda prezident və parlament seçkiləri keçiriləcək. Bu isə regionda gedən proseslərə ciddi təsir göstərəcək. Belə ki, ölkənin gələcəyi, eləcə də ABŞ və Çin arasındakı qarşıdurma tayvanlıların səslərindən asılıdır.

Məlum olduğu kimi, Tayvan məsələsi iki güc arasında münasibətlərdə əsas problemlərdən biri olaraq qalır.

Xatırladaq ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ildə Tayvana gəlişi ilə iki ölkə arasında gərginlik pik həddinə çatıb. Tayvan isə 2024-cü il üçün 19 milyard dollarlıq rekord müdafiə büdcəsini təsdiqləyib.

Birləşmiş Ştatlar ölkəyə silah tədarükünü artırır, Çin isə ada sakinlərini tələsik addımlardan çəkindirmək üçün xəbərdarlıqlar edir, mütamadi hərbi təlimlərini keçirir. Amerikapərəst qüvvələr qarşıdan gələn seçkiləri demokratiya və avtoritarizm arasında seçim adlandırsa da, rəqibləri sülh və müharibə arasında seçimdən danışır.

Beynəlxalq Böhran Qrupunun hesabatında deyilir ki, Tayvan üzərində müharibə qaçılmaz deyil, lakin hazırkı trayektoriya təhlükəlidir və yanvar seçkiləri dialoqu bərpa etmək və gərginliyi azaltmaq üçün bir fürsət pəncərəsidir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Избранный
170
1
konkret.az

2Источники