RU

Qətər Avropaya qaz tədarükünü dayandıra bilər

Bakı. Trend:

Qətərin energetika naziri Saad əl-Kaabi, Avropa ölkələrinin yeniqanunlarına uyğun olaraq istixana qazı emissiyası qaydalarına əməletmədikləri halda cərimələrin tətbiq edilməsini nəzərdə tutantənzimləmələrə qarşı narazılığını bildirib.

Trend-inməlumatına görə, əl-Kaabi "Financial Times" nəşrinə müsahibəsində,Qətərin Avropaya qaz tədarükünü dayandıra biləcəyini istisnaetməyib. O, bildirib ki, 2027-ci ildə qüvvəyə minəcək yeni qanunaəsasən, Avropa ölkələri şirkətləri illik gəlirlərinin 5%-iməbləğində cərimələyə bilər.

Eyni zamanda, Qətərin milli neft və qaz şirkəti "QatarEnergy"ninbaş icraçı direktoru olan əl-Kaabi, bu cərimələrin ölkəsi üçünböyük maliyyə itkisi olacağını vurğulayıb: "Bu, xalqın puludur, onagörə də, mən bu pulları itirməyə hazır deyiləm. Heç kim bu cür puluitirməklə barışa bilməz".

Qeyd edək ki, Qətər dünyada təbii qaz ehtiyatlarına görə üçüncü,hasilatına görə isə altıncı yerdədir. Avropa üçün mühüm enerjitədarükçüsü olan ölkənin bu addımı qlobal enerji bazarında cidditəsirlərə səbəb ola bilər.

Избранный
221
4
az.trend.az

6Источники