RU

Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı

Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) 2025-ci il üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahanların vaxtını açıqlayıb. Bu barədə DİM məlumat yayıb.Bildirlib ki, magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2025-ci il fevral ayında keçirilməsi nəzərdə tutulur.Bundan öncə isə - 2025-ci il 19 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək. Sınaq imtahanları Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında magistraturaya sınaq imtahanları təşkil olunacaq.Sınaq imtahanında iştirak etmək istəyənlər 2024-cü il 25 dekabr saat 10:00-dan 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Избранный
75
48
afn.az

8Источники