Olaylar xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Aktauda baş verən təyyarə qəzası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Hazırda Qazaxıstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaq prosesi davam etdirilir. Cinayət işi üzrə bütün versiyalar üzrə işlər aparılır", - qurum rəsmisi əlavə edib.
Kənan Zeynalovun açıqlamasına görə, hazırkı məlumata əsasən, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31