RU

Təyyarə qəzasında xəsarət alan şəxsin atası: "Zəng edib dedi ki, vəziyyətim yaxşıdır"

"Oğlum Qroznıya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər saatlarında təyyarə ilə yola düşüb. Uçuşdan iki saat sonra təyyarənin qəzaya düşməsi barədə məlumatımız oldu".

Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Gəncə sakini Toğrul Cəfərovun atası Mahir Cəfərov APA-ya açıqlamasında deyib.

O bildirib ki, qəzadan bir müddət sonra oğlu onlara zəng edib:

"Dedi ki, vəziyyətim yaxşıdır, təcili tibbi yardım maşını ilə xəstəxanaya apardılar, indi müayinə edirlər. Görüntülü danışmışıq, həkimi ilə də əlaqə saxladım".

Mənbə: oxu.az

Избранный
70
11
oxu.az

10Источники