Aktauda təyyarə qəzasında həlak olanlardan 7 nəfərinin şəxsiyyəti müəyyənləşib.
Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, həlak olan 38 nəfərin meyiti Tibbi Ekspertiza Mərkəzinə aparılıb, onlardan 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvləridir.
Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, stüardessa Hökümə Əliyeva da var.
Stüard Zülfüqar Əsadov və stüardessa Aydan Rəhimli isə qəzadan sağ çıxıb.
“Cebheinfo.az”