RU

Pilotların və Hökümənin cəsədi müəyyənləşdi

Ötəngünkü təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.   Manset.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb. Bildirilib ki, həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onların 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvüdür. Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həmçinin stüardessa Hökümə Əliyeva da var. Stüard Zülfüqar Əsadov və stüardessa Aydan Rəhimli isə qəzadan sağ çıxıb.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakini idi. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirmişdi. Evli idi.

Избранный
64
10
manset.az

10Источники