RU

Bu şəxslər 10 ilədək azadlıqdan məhrum ediləcəklər

Milli Məclisdə təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanlar 10 ilədək müddətə azadlıqdan məhrum edilməsini üçüncü oxunuşda qəbul edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi haqqında təklif müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihəyə əsasən, eyni əməllər:

- təkrar törədildikdə;

- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

Избранный
77
49
publika.az

10Источники