RU

İnnovasiya fəaliyyəti haqqında yeni qanun layihəsinin ölkəmiz üçün əhəmiyyəti - ŞƏRH

“İqtisadiyyat Nazirliyi tərəfindən innovasiya fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanıb”.

Bu sözləri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu”nda çıxışında deyib.

Nazir müavini bildirib ki, hazırda qanun layihəsi dövlət orqanlarında razılaşdırma mərhələsindədir.

Bəs sözügedən qanunun ehtiva etdiyi məsələlər ölkəmizə necə təsir edəcək?

Bu barədə iqtisadçı ekspert Emin Qəribli MediaPost-a bildirib ki, bugünkü dövrdə yeni sənaye inqilabına keçid dövründə, yeni iqtisadi informasiya keçid dövründə innovasiya günləri iqtisadiyyatın inkişafını təmin edən həssas sahədir:

alt“Bu innovasiyanın stimullaşdırılması üçün müvafiq preferensiyalardan, alətlərdən istifadə edib onu inkişaf etdirmək lazımdır. Bunun üçün çox güman ki, qanunvericilikdə müəyyən güzəştlər nəzərdə tutulub. Həmin sahədə çalışan insanlar üçün lazımi tədbirlərin, məktəbdən başlayaraq, universitet, akademiya, hətta dövlət qulluğunda və s. müvafiq şəraitlərin və innovasiya mühitinin yaradılması istiqamətində işlər görülməlidir. İnanıram ki, beynəlxalq təcrübəni nəzərə alaraq və onu Azərbaycan şəraitinə uyğunlaşdıraraq bu qanun layihəsinin bizdə innovasiyanın inkişafına böyük töhfəsi olacaqdır”.

İqtisadçı hesab edir ki, dünyaya baxsaq, innovasiyalar istər Azərbaycan iqtisadiyyatı, istər azad iqtisadi zonalarda müvafiq şəraitin stimullaşdırılması üçün həmin mühiti inkişaf etdirəcək”.

Sevinc İbrahimzadə

Избранный
498
50
mediapost.az

10Источники