RU

BMT TŞ Qəzzada atəşkəs gündəmi ilə yığıncaq keçirəcək

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Qəzzadakı vəziyyəti müzakirə etmək üçün sabah yüksək səviyyəli iclas keçirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin, nazir Van Yinin “İsrail-Fələstin probleminin” müzakirə ediləcəyi iclasa sədrlik etmək üçün sabah Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə gedəcəyini açıqlayıb.

Sözçüsü Vanq “BMT TŞ-nin hazırkı sədri kimi Çin Qəzzada humanitar böhranı azaltmaq, atəşkəsə nail olmaq və münaqişəyə son qoymaq üçün əlavə addımlar atmaq üçün bütün tərəfləri bir araya gətirməklə konsensus əldə etməyə ümid edir” deyib.

Vanq qeyd edib ki, İsrail və "Həmas" arasındakı münaqişələr ciddi mülki itkilərə və humanitar fəlakətlərə səbəb olub:

“Beynəlxalq ictimaiyyət Qəzzədəki vəziyyəti ciddi narahatlıqla izləyir və BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyətini yerinə yetirməsini gözləyir”.

Vanq BMT Təhlükəsizlik Şurasının 15 noyabrda qəbul edilən 2712 saylı qətnamədə "döyüşlərdə humanitar fasilə və məhbusların azad edilməsi" çağırışının bu mövzuda atılan addımlara öncülük etdiyinə diqqət çəkərək, tərəflər arasında atəşkəsin təşviq edilməsi və dərin bir humanitar fəlakətin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Избранный
691
35
sia.az

10Источники