RU

Bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi müddəti başa çatdı

Bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.

Bu proses səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatdırılır.

Избранный
149
41
publika.az

10Источники