RU

Ruben Vardanyanın məhkəməsinin tarixi məlum olub

Bakı. Trend:

Hərbi cinayətkar Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənintarixi məlum olub.

Trend xəbərverir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın17-nə təyin olunub.

Qeyd edək ki, iş Bakı Hərbi Məhkəməsində hakim, məhkəmənin sədriZeynal Ağayevin icraatına verilib.

Xatırladaq ki, dekabrın 28-də Dövlət Təhlükəsizliyi Xidməti vəBaş Prokurorluğun mətbuat xidməti birgə məlumat yayıb.

Məlumatda qeyd edilib ki, terrorçuluq, terrorçuluğunmaliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylıcinayətlərin törədilməsi faktları ilə bağlı Dövlət TəhlükəsizliyiXidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqıaparılıb.

Belə ki, Rusiya vətəndaşı olmuş, hazırda Ermənistan vətəndaşıolan, Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəriolmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasınınüzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqildirektoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç25 sentyabr 2023-cü il tarixində Azərbaycan Cinayət Məcəlləsinin214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxsqismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmintarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs RubenVardanyana Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuşərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” vəqanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə,qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında vəfəaliyyətinin təşkilində iştirak edərək Azərbaycanın CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərinipozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat)yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiyatəhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorlaələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunuzorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma), 318-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digərmaddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekunittiham elan olunub.

İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ,bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təminedilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təminedilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərəcinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildəbaxılaraq müvafiq qərarlar qəbul edilib.

İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxsRuben Vardanyana və cinayət prosesinin digər iştirakçılarınaməlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər,ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayətişinin bütün materialları ilə tanış edilib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycanın Baş prokurorutərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılmasıüçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Избранный
119
49
az.trend.az

10Источники