RU

ABŞ nümayəndələri Kiyevə getdi - Foto

Amerika nümayəndə heyəti Ukraynaya Yardım üzrə Təmas Qrupunun Almaniyada keçiriləcək iclasından əvvəl Kiyevə gedib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətinə ABŞ Milli Təhlükəsizlik Şurasının Ukrayna üzrə direktoru Uinfild Svanton başçılıq edib.

Bildirilib ki, görüşün əsas mövzularından biri ABŞ-nin 2024-cü ildə Ukraynaya göstərdiyi yardımın nəticələrinin müzakirəsi, həmçinin 2025-ci il üçün müdafiə nazirlikləri arasında əməkdaşlığın planlaşdırılması olub.

Qeyd edilib ki, 2025-ci ildə Ukrayna üçün prioritet vəzifələr, o cümlədən cəbhə boyu müdafiə qüvvələrinin gücləndirilməsi, bölmələrin döyüş hazırlığının yüksəldilməsi, Ukrayna hava məkanının mühafizəsinin gücləndirilməsi və müdafiə sənayesinin inkişafı müəyyən edilib.

Xatırladaq ki, “Ramştayn” formatında növbəti görüş yanvarın 9-na planlaşdırılıb. Görüşdə ABŞ-nin müdafiə naziri Lloyd Ostin iştirak edəcək.

Избранный
25
7
qafqazinfo.az

7Источники