RU

Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək? - Deputat AÇIQLADI

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamaəsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manataçatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələnaydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayındapensiyaçılara ödəniləcək.

Trend xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı,iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O qeyd edib ki, pensiyaçılar üçün vacib məqamlardan biri də əməkpensiyalarının indeksləşdirilərək artırılmasıdır. Belə ki, buartımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək vəindeksləşdirmə üçün əlavə olaraq orta hesabla yarım milyard manatvəsaitin ayrılacağı ğözlənilir.

"Bununla belə, pensiyaların indeksləşdirilməsi yanvar ayının1-dən hesablansa da artımlar fevral ayından ödəniləcək. Bununsəbəbləri nədir?

Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayındaəvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraqindeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlliolmasa da artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərindəelan ediləcək.

2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmistatistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçünindeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdəödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarənalacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayınınpensiya məbləğinə əlavə olunacaq.

Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamilolunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən,əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əməkpensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyəgörə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılıolmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artımhesablanacaq", - deputat əlavə edib.

Məqalədə:
Избранный
89
49
az.trend.az

9Источники