RU

İran xarici işlər naziri Nyu-Yorka səfərini ləğv edib

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Araqçının Nyu-Yorka səfəriləğv olunub.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (20 yanvar) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, ötən həftə İran xarici işlər nazirinin BMTTəhlükəsizlik Şurasında Fələsinlə əlaqədar iclasında iştirak etməsiüçün Nyu-Yorka səfər etməsi nəzərdə tutulmuşdu.

Bəqai bildirib ki, bu iclas bu gün Nyu-Yorkda təşkil olunacaq.Lakin ötən iki gün ərzində Qəzza zolağı ilə əlaqədar proseslər,əsasən də Qəzza zolağında atəşkəs məsələsi nəzərə alınaraq bu səfərləğv edilib.

Xatırladaq ki, çərşənbə günü Dohada keçirilən danışıqlardaİsrail və HƏMAS atəşkəs rejimi və əsirlərin azad edilməsi ilə bağlısaziş bağlayıblar. Saziş üç mərhələdən ibarətdir və ilkin mərhələdəatəşkəslə yanaşı, əsir mübadiləsinin aparılması nəzərdə tutulur;HƏMAS Qəzzada saxladığı 33 İsrailli əsiri azad etməyi öhdəsinəgötürüb, İsrail tərəfi isə həbsxanalarda olan bir neçə fələstinliməhbusu sərbəst buraxmağa söz verib. Saziş 19 yanvarda qüvvəyəminib.

Məqalədə:
Избранный
51
50
az.trend.az

10Источники