RU

Şəxsin xəstəxanada ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib - Vətən Naminə

">

Qəbələ Rayon Prokurorluğundan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, istintaqla həmin tibb müəssisəsinin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Vahid Babayevin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək göstərdiyi qüsurlu tibbi xidmət nəticəsində Murad Süleymanlının ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vahid Babayevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Vətən Naminə Mətbuat Xidməti

Избранный
180
3
vetennamine.az

4Источники