RU

İsmayıllı sakininin xəstəxanada ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib

İsmayıllı

Bakı, 30 noyabr, AZƏRTAC

Bu il yanvarın 14-də İsmayıllı şəhər sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb.

Qəbələ Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, istintaqla həmin tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimotoloqu Vahid Babayevin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək göstərdiyi qüsurlu tibbi xidmət nəticəsində Murad Süleymanlının ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Vahid Babayevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Избранный
160
3
azertag.az

4Источники