ABŞ-ın yeni hakimiyyət orqanları tezliklə öz hərbi texnikasını Avropaya göndərməyə başlayacaqlar.
Publika.az xəbər verir ki, bu proqnozu Rusiya Dövlət Dumasının deputatı, rusiyalı iqtisadçı Mixail Delyagin səsləndirib.
Ekspertin izah etdiyi kimi, bununla Amerika rəhbərliyi bir anda özü üçün bir neçə vacib problemi həll edəcək:
"Birincisi, Avropa silahlarının köməyi ilə ABŞ çoxlu sayda yeni sifarişlər hesabına hərbi sənaye kompleksini yenidən işə sala biləcək.
İkincisi, Avropa qitəsində külli miqdarda Amerika silahının peyda olması Aİ-nin ABŞ tərəfindən birbaşa hərbi sıxışdırılması alətinə çevriləcək. Onlar mövcud olduqlarına görə, sadəcə olaraq, yerli hakimiyyət orqanlarını alt-üst edəcəklər.