RU

İxracatçılarla bağlı cinayət işləri məhkəməyə göndərildi - Nədə ittiham olunurlar?

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmamaqda təqsirləndirilən daha 4 şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bu barədə Baş prokurorluqdan AzNews.az-a daxil olan məlumatda deyilir. Baş prokurorluq bildirir ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Belə ki, Quba rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs Məmmədzadə Bayram Nüsrət oğlu tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 2,2 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 3,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Bayram Məmmədzadə iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Quba rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs Məmmədzadə Qurban Nüsrət oğlu tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 516 min ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 877 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Qurban Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Ağsu rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə “Fruit” MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 114 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 193 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Bədəlov Asif Maarif oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Избранный
78
49
aznews.az

10Источники