Danimarkanın baş naziri Mette Fredriksen Qrenlandiyanın satılmadığını qeyd edib.
Parol.az xəbər verir ki, o, bunu ABŞ prezidenti Donald Trampın ABŞ-nin Qrenlandiyanı almaq istədiyi ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.
"Qrenlandiyan bu gün Danimarkanın bir hissəsidir, O, bizim ərazimizdir və satılmır", - Danimarkanın baş naziri bildirib.