Ekspertin sözlərinə görə, əgər sənədləşmə prosesi qurum və ya idarə daxilində həyata keçirilirsə və böyük məbləğdə xərc tələb etmirsə, bu xidmətlərin qiyməti vətəndaşlar üçün əlçatan olmalıdır: “Lakin proses çətinlik tələb edirsə, məsələn, müəyyən bir əraziyə getmək, koordinatları ölçmək və dəyərləndirmək lazımdırsa, bu zaman sənədləşmə işlərinin baha başa gəlməsi məntiqlidir. Əgər sənədlərin maya dəyəri yüksək deyilsə, amma müvafiq qurum bu yolla öz büdcəsini artırmağa çalışırsa, bu, haqlı narazılıq yarada bilər. Publik hüquqi şəxslər, hüquqi təşkilatlar və dövlət qurumları öz büdcələrini özləri formalaşdırır, lakin bu, onların rüsumları süni şəkildə artırmaq hüququna malik olduqları anlamına gəlməməlidir. Vətəndaşlar üçün bu xidmətlər daha münasib və əlçatan olmalıdır”.Qeyd edək ki, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışların verilməsi 50 manatdır. Bəzi torpaqların sahəsi isə 1,0 ha-dək olduqda və 15 iş gününə verildikdə 620 təşkil edir. Digər dövlət rüsumları ilə buradan tanış ola bilərsiniz. Sevinc İbrahimzadə / Metbuat.az