RU

Hava dəyişir: İntensiv yağış və qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Bildirilib ki, fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var.

 

Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.

 

Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.

Избранный
371
49
senzor.az

10Источники