RU

Azərbaycan beynəlxalq arenada önəmli aktora çevrilir - Kamaləddin Qafarov

Bakı. Trend:

Bu gün özünün beynəlxalq əlaqələrini sürətlə genişləndirənAzərbaycanla əməkdaşlıq dünyanın ən güclü iqtisadiyyata malik olanölkələri üçün də böyük maraq və önəm kəsb edir. O cümlədən, hazırdaAzərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq da kifayət qədəruğurla inkişaf edir.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevilə Çinin Sədri arasında baş tutmuş görüşdən sonra stratejitərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ölkələrimizarasında ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır:

"Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTNteleviziya kanalına müsahibəsində qeyd olunduğu kimi, stratejitərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıqdeməkdir. Dövlət başçımızın müsahibəsinin gedişində aparıcıtərəfindən səsləndirilən suallar dövlətlərarası münasibətlərdənbaşqa, Çin ictimaiyyətinin də Azərbaycana, ölkəmizdə gedənproseslərə marağının kifayət qədər böyük olduğunu deməyə əsasverir. O cümlədən, Azərbaycanın BRICS və Şanxay ƏməkdaşlıqTəşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdəmövqeyi, ölkəmizin təhlükəsizlik, ticarət, iqtisadi inkişafnöqteyi-nəzərindən Qlobal Cənubla bağlı aparılan müzakirələrəmünasibəti ilə əlaqədar verilən sual ölkəmizin rəyinin beynəlxalqarenada getdikcə daha çox çəkiyə malik olduğunu göstərir. Prezidentİlham Əliyev bütün müsahibələrində olduğu kimi, bu suala verdiyicavabında da prinsipial obyektiv yanaşma nümayiş etdirdi. Qeydolundu ki, Azərbaycanın həm BRICS-in, həm də dialoq üzrə tərəfdaşstatusuna malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatının üzvdövlətləri ilə çox yaxşı və dost münasibətləri var. Bundan başqa,ölkəmizin coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahidməqsədlərə verdiyi töhfələr nöqteyi-nəzərindən əhəmiyyətli olacaq.Çin və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın üzərində fəal işapardığı məsələlər, həmçinin bağlılıq layihələridir. ÇünkiAzərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbəgedən yol üzərində yerləşir və praktiki nəticələrnöqteyi-nəzərindən çoxlu töhfə verə bilər".

K.Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsindəliderlik barədə yer almış ifadələr bir çox ölkə rəhbərləri üçünəsil örnək ola bilər: “Aparıcının liderlik keyfiyyətləri barədəsualı xüsusilə maraq doğuran məqamlardan biri oldu. Biz CGTNəməkdaşının dilindən belə bir etiraf eşitdik: “Cənab Prezident, hərdəfə Sizinlə danışanda mənə elə gəlir ki, ölkəniz çox güclü təməlüzərində dayanıb”. Əlbəttə ki, bu təməl özü də birlik olmayan yerdəqurula bilməz. Bu birlik isə məhz cəmiyyətin, xalqın Liderininsəyləri nəticəsində formalaşır. Prezident İlham Əliyevin dediyikimi, liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisiondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinəmünasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalandanışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyənsiyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlərverir və sonra onları yerinə yetirmir və bu da məyusluğa,inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərindəsiyasi böhrana gətirib çıxarır. Cənab Prezident həmişə xalqaədaləti bərpa edəcəyini söyləyirdi və Azərbaycan xalqı da özLiderinə inanırdı. Sonda bu qarşılıqlı inam və etibar öz nəticəsinigöstərdi, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdi”.

Məqalədə:
Избранный
204
18
az.trend.az

10Источники