RU

Buzlaqlarda "yatan" təhlükə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Permafrost buzlarının əriməsi zamanı bəşəriyyətin hələ qarşılaşmağa hazır olmadığı "yatmış" viruslar ortaya çıxa bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında Nobel Sülh Mükafatı laureatı, BMT dövlət katibinin iqlim dəyişikliyi üzrə keçmiş müşaviri Raye Kvon Çunq bildirib.
O qeyd edib ki, təhlükəli buzlaqlar Kanada, Qrenlandiya və Rusiyada yerləşir.
"Mən belə hesab edirəm, çünki biz orada hansı virusların olduğunu bilmirik. Sibir yarası ilə bağlı vəziyyət sadəcə bir misaldır, amma belə hallar daha çox ola bilər", - alim vurğulayıb.
Nobel mükafatı laureatı BMT-nin bir neçə il əvvəl hesabat dərc etdiyini də xatırladıb. Burada permafrostda buzların əriməsi ilə bütün dünyaya yayıla bilən minlərlə virusun olduğu barədə məlumatlar var.
Избранный
372
50
oxu.az

10Источники