RU

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 11 faizdən çox artdı

Yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 44,2 milyon manat artım qeydə alınıb

2025-ci ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 44,2 milyon manat və ya 11,1% artım qeydə alınıb.

Bu barədə Marja-ya Dövlət Sosial Müdafiə Fondundan  (DSMF) bildirilib.

Qeyd edilib ki. büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 mln. manat və ya 8,7%, qeyri-büdcə təşkilatları üzrə isə 35,9 miylon manat və ya 12,6% artımla olub.  

dövlət sosial sığorta haqları
Избранный
135
8
marja.az

10Источники