RU

Azərbaycanda noutbuk və kompüter istehsalı artıb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda 552 ədəd noutbuk istehsaledilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu,əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19% və ya 88 ədədçoxdur.

Bununla yanaşı, ötən ay Azərbaycanda 260 ədəd stolüstü kompütervə 39,9 min ədəd ölçmə cihazları istehsal edilib. Bunlar da illikmüqayisədə müvafiq olaraq 29 ədəd (12,6%) və 9,3 min ədəd (30,4%)çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda 464 ədədnoutbuk, 231 ədəd stolüstü kompüter, 30,6 min ədəd ölçmə cihazlarıistehsal edilib.

Məqalədə:
Избранный
326
2
az.trend.az

3Источники