RU

Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi son 10 ildə üç dəfədən çox artıb – CƏDVƏL

Bakı. Trend:

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi411 min ton olub.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bugöstərici əvvəlki illə müqayisədə 54 min ton və ya 15%, son 10 ilingöstəriciləri ilə müqayisədə isə 282 min ton, yaxud da 3,2 dəfəartıb.

Belə ki, Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərinhəcmi 2023-cü ildə 357 min ton, 2015-ci ildə isə 129 min tonolub.

Son 10 ildə Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərinhəcmi aşağıdakı cədvəldə göstərilib.

İllərDaşınmış yüklərin həcmi
2024411 min ton
2023357 min ton
2022407 min ton
2021557 min ton
2020458 min ton
2019183 min ton
2018208 min ton
2017173 min ton
2016160 min ton
2015129 min ton

Qeyd edək ki, Azərbaycanda hava nəqliyyatı ilə 2025-ci ilinyanvar ayında 33,7 min ton yük daşınıb ki, bu da, illik müqayisədə7,7% artım deməkdir.

Избранный
190
6
az.trend.az

6Источники