Son bir ildə Azərbaycanda kərə yağı qiymətlərində nəzərəçarpan artım müşahidə edilir. Bahalaşmanın istehsalın və idxalın rekord səviyyəyə çatdığı bir dövrdə baş verməsi diqqət çəkir.
Məhsul bolluğu şəraitində qiymətlərin azalması gözlənilsə də, Azərbaycanda kərə yağı qiymətləri nəinki sabit qalır, hətta bahalaşmağa davam edir.
2024-cü ildə Azərbaycanda kərə yağının idxalında rekord səviyyədə artım olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il xarici ölkələrdən Azərbaycana kәrә yağı vә süddәn hazırlanmış digәr yağların idxalı 78,4 faiz artıb. 2024-cü ildə Azərbaycana 173,6 milyon dollar dəyərində 29,6 min ton kərə yağı gətirilib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə 92,4 milyon dollar dəyərində 16,6 min ton kərə yağı idxal olunub. Dəyər ifadəsində artım daha yüksək olub -88 faiz.
Kərə yağı idxalının belə yüksək səviyyədə artması sonuncu dəfə 1996-cı ildə qeydə alınıb. Həmin il idxal 87,1 faiz olmuşdur. Ümumiyyətlə son 30 ildə xaricdən Azərbaycana kərə yağının idxalında həm artım, həm də azalmalar müşahidə olıunub.
Son 30 ildə kərə yağı idxalında ən çox azalma 1997-ci ildə qeydə alınıb. Həmin il əvvəlki ilə nisbətən 64,2 faiz az yağ gətirimişdi. Ən az azalma isə 2017-ci ildə olub cəmi 3,9 faiz. İdxalda ən az azalma 2016-cı ildə qeydə alınıb- 4,1 faiz

Artan illər:
| İl | Miqdar (ton) | Artım (%) |
| 1996 | 22001 | 87,1 |
| 2001 | 7914 | 33,6 |
| 2002 | 12576 | 59,3 |
| 2005 | 8021 | 20,9 |
| 2008 | 7109 | 62,5 |
| 2009 | 10561 | 48,6 |
| 2012 | 10715 | 27,9 |
| 2014 | 9839 | 17,6 |
| 2015 | 13794 | 40 |
| 2016 | 14365 | 4,1 |
| 2019 | 14032 | 16 |
| 2020 | 16806 | 19,7 |
| 2022 | 18563 | 23,6 |
| 2024 | 29611 | 78,4 |
Azalan illər:
| İl | Miqdar (ton) | Azalma (%) |
| 1995 | 11764 | -20,8 |
| 1997 | 7887 | -64,2 |
| 1998 | 8144 | -3,3 |
| 2000 | 5 926 | -30,7 |
| 2003 | 10202 | -18,9 |
| 2004 | 6635 | -34,7 |
| 2006 | 4208 | -47,5 |
| 2011 | 8368 | -25,6 |
| 2013 | 8367 | -22 |
| 2017 | 13811 | -3,9 |
| 2018 | 121153 | -12,3 |
| 2021 | 15034 | -10,5 |
| 2023 | 16597 | -10,6 |
Göründüyü kimi müstəqillik illərində Azərbaycana kərə yağı ən çox 2024-cü ildə olub.
Bəs bu müddətdə yerli istehsal necə olub? Göstəricilərə nəzər salaq.
1995-2004-cü illərdə Azərbaycanda kərə yağı istehsalı 42 faiz çox artaraq 10 min tondan 14 min tona yüksəlib.
| İllər | 1995 | 1996 | 1997 | 1998 | 1999 | 2000 | 2001 | 2002 | 2003 | 2004 |
| Kərə yağı, min ton | 10 | 10,9 | 10,8 | 11,7 | 12,2 | 12,8 | 13,3 | 14,0 | 14,0 | 14,2 |
2005-2014-cü illər kərə yağı istehsalında böyük artımın yaşandığı bir dövr olub. 2005-ci ildən 2014-cü ilə qədər istehsal 14,2 min tondan 23,4 min tona yüksəlib. 10 il ərzində Azərbaycanda kərə yağı istehsalı 65 faiz artıb.
| İllər | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 |
| Kərə yağı, min ton | 14,2 | 14,3 | 14,4 | 14,1 | 20,7 | 20,9 | 21,1 | 21,8 | 21,9 | 23,4 |
2015-2024-cü illərdə istehsal artsa da artəm tempi zəifləyib. Hətta 2018 və 2022-ci illərdə istahsalda azalmalar olub.
2024-cü ildə Azərbaycanda kərə yağı istehsalı rekord səviyyədə olub – 29,6 min ton. Maraqlıdır ki, ölkıədə rekord səviyyədə kərə yağı istehsal edildiyi il idxalda da rekord səviyyə qeydə alınıb.
| İllər | 2015 | 2016 | 2017 | 2018 | 2019 | 2020 | 2021 | 2022 | 2023 | 2024 |
| Kərə yağı, min ton | 23,9 | 25,6 | 25,3 | 23,6 | 25,3 | 25,8 | 27,0 | 25,9 | 27,0 | 29,6 |