RU

Millinin oyununun başlama vaxtı ilə bağlı yeni məlumat

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə “Liv Bona Dea Arena”da keçirəcəyi oyunun saat 17:00-da başlaması gözlənilir.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan – Monteneqro görüşü saat 15:00-da start götürməli idi. Lakin qeyri-sabit hava şəraiti ilə əlaqədar matçın iki saat gec başlaması qərara alınıb.

Избранный
146
5
fanat.az

3Источники