RU

Yollarda gizli buzlaşma var — XƏBƏRDARLIQ

Son günlər ölkəmizdə müşahidə olunan şaxtalı hava şəraiti yollarda gizli buzlaşma ehtimalını artırır.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, belə vəziyyətdə sürücülər tərəfindən yolun vəziyyəti düzgün qiymətləndirilmir və bu hal yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur:

"Xüsusilə sürət həddinin aşılması və düzgün ara məsafəsi saxlanılmaması qəza riskini artıran əsas səbəblərdəndir.

Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət edən avtomobilin dayanma məsafəsi artır, bu isə qəfil maneələr qarşısında sürücünün nəzarəti itirməsinə və ağır nəticələrə səbəb ola bilir".

Избранный
158
25
demokrat.az

10Источники