RU

AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyatı 2024-cü ildə əhəmiyyətli dərəcədəgenişlənib və real ÜDM artımı 2023-cü ildəki 1.1 faizdən 4.1 faizəyüksəlib.

Trend xəbərverir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bugün özünün son Regional İqtisadi Perspektivlər hesabatındabildirib.

Artım güclü qeyri-neft sektorunun göstəriciləri (6.2 faiz artım)və dövlət investisiyaları hesabına təmin edilib, real gəlir artımıvə infrastruktur layihələri isə iqtisadi aktivliyi əlavədəstəkləyib.

Böhran dövründən sonra neft-qaz sektoru 2024-cü ilin mart ayındabərpa olunub, qaz istehsalı isə artaraq Avropanın yüksələntələbatını ödəməyə yönəlib.

Eyni zamanda, inflyasiya nəzarət altında qalıb və aprel ayındaillik 0 faizlə son doqquz ilin ən aşağı səviyyəsinə enib, ilinsonunda isə 4.9 faiz təşkil edib. Dövlətin qiymət tənzimləməsiyasəti və qlobal ərzaq qiymətlərinin aşağı düşməsi kimi amillərdaxili inflyasiyanı stabilləşdirməyə kömək edib və istehlakxərclərini idarəolunan səviyyədə saxlayıb.

Gələcəyə yönəlik proqnozlara əsasən, 2025-ci ildə AzərbaycanınÜDM artımı 3 faizə, 2026-cı ildə isə 2.5 faizə qədər azalacaq.Bununla belə, ölkənin iqtisadi perspektivi neft və qazqiymətlərindəki dəyişkənliklərə, eləcə də regional geosiyasiproseslərə qarşı yüksək dərəcədə həssas olaraq qalır.

Orta müddətli perspektivdə Azərbaycan, Çini və Mərkəzi AsiyanıAvropa ilə birləşdirən Orta Dəhliz vasitəsilə artan ticarətdənfaydalana bilər. Bundan əlavə, infrastruktur, kənd təsərrüfatı vəmüdafiə sahələrinə yönəldilən dövlət investisiyalarının dəstəyi iləictimai istehlakın artacağı proqnozlaşdırılır.

AYİB Azərbaycanda mühüm institusional investordur. Bu günə qədərBank ölkə üzrə 190-dan çox layihəyə 4 milyard avrodan çox sərmayəyatırıb və əsas diqqəti iqtisadiyyatın şaxələndirilməsinə və yaşıliqlim təşəbbüslərinin dəstəklənməsinə yönəldib.

Məqalədə:
Избранный
168
7
az.trend.az

8Источники