RU

Azərbaycana idxal olunan yük avtomobillərinin qiyməti ucuzlaşıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana 645 ədəd yük daşımaq üçünmühərrikli nəqliyyat vasitələri gətirilib.

Trend-nDövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdardanəqliyyat vasitələrinin idxal dəyəri 7,1 milyon ABŞ dollarıolub.

Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı ötənilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 150 ədəd və ya30,3% artıb, dəyər ifadəsi ilə 1,8 milyon ABŞ dolları, yaxud da20,1% azalıb. Belə ki, ötən ilin ilk ayında Azərbaycana 645 ədədyük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri gətirilib ki,bunun da idxal dəyəri 8,9 milyon ABŞ dolları təşkil edib.

Ötən ay Azərbaycana idxal olunan bir ədəd yük daşımaq üçünmühərrikli nəqliyyat vasitəsinin orta qiyməti 11 min ABŞ dollarıolub ki, bu da, illik müqayisədə 7 min ABŞ dolları və ya 38,9%ucuzdur. Ötən ilin yanvarında bu qiymət 18 min ABŞ dolları idi.

Qeyd edək ki, bu ilin ilk ayında Azərbaycana 7,6 min ədədavtomobil idxal edilib ki, bunun da idxalına çəkilən xərcin dəyəri139 milyon ABŞ dolları təşkil edib.

Избранный
188
1
az.trend.az

2Источники