RU

“AzərEnerji”nin ixrac gəlirləri 81 dəfə azalıb

Cari ilin yanvar ayında “AzərEnerji”-nin ixrac gəlirləri 354 min ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28,346 milyon ABŞ dolları və ya 81,1 dəfə azdır. Belə ki, 2024-cü il yanvar ayında “AzərEnerji”-nin ixrac gəlirləri 28,7 milyon ABŞ dolları idi.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Avia-Aqreqat Zavodu” MMC, “Qaradağ Şüşə Zavodu” ASC.

Избранный
191
16
kommersant.az

10Источники