RU

“Azəralüminium”un ixrac gəlirləri 2,6 milyon dollar azalıb

Bakı. Trend:

Cari ilin yanvar ayında “Azəralüminium” MMC-nin ixrac gəlirləri8,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın fevral sayınaistinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,6 milyon ABŞ dolları və ya 23,2% azdır. Belə ki, 2024-cü ilyanvar ayında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 11,2 milyonABŞ dolları olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrəixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərinsiyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsibaşçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsilolunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium”MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan HavaYolları” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət EnergetikaXidməti, “Avia-Aqreqat Zavodu” MMC, “Qaradağ Şüşə Zavodu” ASC.

Məqalədə:
Избранный
207
16
az.trend.az

10Источники