RU

Dənizçilərin nəzərinə! - Şəhadətnamələrinin yenilənməsi prosesinə başlanılır

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq bu ilin 3 mart tarixindən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu “Bakı KOB evi”ndə həyata keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənədlərin qəbulundan dərhal sonra dənizçilərə xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üzrə Dövlət Dəniz və Liman Agentliyində təşkil olunacaq imtahanların tarixi ilə bağlı məlumat veriləcək.

Избранный
285
33
publika.az

10Источники