Ukrayna ABŞ ilə investisiya və təhlükəsizlik mövzusunda “güclü, həqiqətən faydalı” razılaşmaya hazırdır.
Parol.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra “Telegram” məlumat yayıb.
Zelenski iki partiyalı dəstəyə görə Birləşmiş Ştatlara təşəkkürünü bildirib .
Prezident əlavə edib ki, Ukrayna genişmiqyaslı müharibənin lap əvvəlindən sülh üçün səy göstərir.
O vurğulayıb ki, Kiyev Vaşinqtonla birlikdə etibarlı və uzunmüddətli sülh yarada bilər və bunu etməlidir.