Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Saratov hava limanında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidməti məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Saratov hava limanında da təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.
Məhdudiyyətlərin PUA-ların hücum təhlükəsi ilə əlaqədar olduğu ehtimal edilir.