Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
"Türkiyənin terrorla mübarizədə əməkdaşlıq etdiyi müəyyən ölkələr var, ancaq Türkiyə bu nəticəyə öz gücü vasitəsilə nail oldu. Türkiyənin ölkə daxilində silahlı dəstələrlə bağlı problemi həll etdiyi artıq reallıqdır. Müəyyən ölkələr Türkiyəyə dəstək olmağa davam etsələr, proseslər daha tez nəticə verəcək. Söhbət təkcə PKK ilə mübarizədən getmir. Hazırda Türkiyənin diqqət mərkəzində olan İŞİD terror təşkilatının mövcudluğu məsələnin xarakterini müəyyən qədər dəyişdirir. Bu gün dünyada İŞİD-i terror təşkilatı kimi qəbul etməyən dövlət yoxdur. Ancaq PKK ilə bağlı təəssüf ki, bəzi ölkələrin tərəddütləri var. Amerika və bəzi Qərb ölkələrinin PKK-nı terror təşlikatı kimi tanımamaları Türkiyə üçün bəzi çətinliklər yaradır. Türkiyənin eyni zamanda həm İŞİD, həm də PKK ilə mübarizə aparması vəziyyəti çətinləşdirir, mübarizə üçün qarşıya qoyulan hədəfləri yüngülləşdirir. PKK ilə mübarizənin əksi olaraq İŞİD ilə mübarizədə həmrəylik var. Müəyyən dövlətlərlə vahid mübarizə mərkəzinin yaradılması yalnız işin xeyrinədir. Müəyyən ölkələr mübarizədə sözlərinin üzərində dursalar, yaxın gələcəkdə hər iki terror təşkilatının məhvini görmək mümkün olacaq".
Qeyd edək ki, Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır.
Əfsanə Kamal
Demokrat.az
10Источники
-
tribunainfo.azTürkiyə əleyhinə silahlı təşkilat yaradıldı ( 16228679)
-
axar.azKiprdə Türkiyə əleyhinə yeni terror təşkilatı yaradıldı ( 16226441)
-
turkic.worldPKK/YPG terror təşkilatı Hələbdə 5 nəfəri qaçırıb ( 16222145)
-
turkic.worldPKK/YPG terror təşkilatı Hələbdə 5 nəfəri qaçırıb ( 16221071)
-
turkic.worldTerrorçular silahı təhvil verəcəyi tarixi açıqlamalıdır - Türkiyə MN ( 16156861)
-
yenicag.azYeni dünya nizamı və TÜRKİYƏ – Ərdoğanın mesajı KİMLƏRƏDİR? ( 15969689)
-
demokrat.azPolitoloq: "Yaxın gələcəkdə hər iki terror təşkilatının məhvini görmək mümkün olacaq" ( 15950555)
-
senzor.azTürkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşıMÜBARİZƏ MƏRKƏZİ YARADIR ( 15940507)
-
parol.azABŞ husiləri terror təşkilatı kimi tanıdı ( 15940317)
-
azadmedia.azTürkiyə, İordaniya və İraq Suriyada birgə əməliyyat keçirəcək » AzadMedia.az ( 15939855)