ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona keçirmək istəyir.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək.
Bildirilib ki, daşınma iyulun 16-na planlaşdırılıb və avqustun 7-dək davam etməlidir. Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub.
"Ümumilikdə nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla 151 texnikanın daşınması planlaşdırılır", - məlumatda deyilir.
Hərbi elmlər doktoru Konstantin Sivkovun fikrincə, Amerika qoşunlarının Ermənistandakı hərəkətləri ABŞ-nin Zaqafqaziyada təsirini artırmağa şərait yaradır.