RU

"Kişi səhv də olsa, sözünün üstünə söz deyilməməlidir"

"Azərbaycanda qalsaydım belə, sənətdən uzaqlaşacaqdım. Çünki sosial media dövrünün başlaması ilə çox şey dəyişdi, buradakı "kloun"ların yolu açıldı. Səhnə artıq yad insanlarla doldu, özümü burada ifadə edə bilmədim. Lakin sənətdən uzaqlaşdığım üçün peşman deyiləm, çünki bu addımım məni daha da müdrikləşdirdi, həyatımda yeni səhifə açdım".

Paralel.az xəbər verir ki, bunu müğənni İradə İbrahimova "Qapqara" verilişində deyib.

O həmçinin kişi-qadın münasibətlərindən də bəhs edib. Sənətçinij sözlərinə görə, xanımlar həmişə kişilərin yanında durmalı, onlara dəstək olmalıdırlar:

"Amma bəzi məqamlarda qadın kişidən arxada dayanmağı da bilməlidir. Həmin anlarda kişi səhv də olsa, sözünün üstünə söz deyilməməlidir. Qadın hər mənada kişinin yanında olmağı bacarmalıdır. Qırmızı xətti isə keçmək olmaz, orada durmağı bilmək lazımdır. Bir damın altında yaşamaq üçün bu önəmlidir".

Избранный
187
14
paralel.az

9Источники