RU

Trampdan sensasion açıqlama: Rusiyanı ittiham etdi

  ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Federasiyası onun danışıqlar metodundan istifadə edə və Ukraynada atəşkəslə bağlı razılaşmanı gecikdirə bilər.

Tramp bu barədə “Newsmax”a müsahibəsində deyib.

“Rusiya buna son qoymaq istəyir, amma ola bilsin ki, onlar vaxt qazanmaq üçün prosesi yubadırlar”, – Amerika lideri öz fikrini bölüşüb.

Eyni zamanda Ağ Evin sahibi uzun illər müxtəlif sövdələşmələr bağlayarkən özünün də bunu etdiyini diqqətə çatdırıb. Amerika dövlətinin başçısı qeyd edib ki, Rusiya və Ukrayna bu münaqişənin bitməsini istəyir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ər-Riyadda Amerika, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlarda irəliləyişin olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Vaşinqton Moskva və Kiyevlə “dərin müzakirələr” aparır.//publika.az  

Избранный
205
24
referans.az

10Источники