RU

"Dövlət büdcəsi haqqında" Qanun qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

"Cebhe.info"-nun xəbərinə görə, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində olacaq.

Bu günə qədər keçirilən büdcə müzakirələri zamanı ümumi olaraq 73 deputat çıxış edib. Onlardan 22-sinin çıxışı aidiyyəti üzrə Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə göndərilib.

Bu haqda məlumatı isə Milli Məclisin spikeri Sahibə Qafarova verib.

Vilayət Muxtar

"Cebhe.info"

 

Избранный
575
49
cebheinfo.az

10Источники